Azərbaycanda Biznes Alqı-Satqısı

Azərbaycanda biznes mühiti hər keçən gün daha da inkişaf edir. Beynəlxalq reytinqlər və yerli qanunvericilik islahatları biznes alqı-satqısı üçün əlverişli şərait yaradır. Adel Consulting, müştərilərinə hüquqi riskləri minimallaşdıraraq hazır biznesin alqı-satqısında peşəkar dəstək təklif edir.


Bizim Təklif Etdiyimiz Xidmətlər

  • Şirkətin hüquqi sənədlərinin qanunvericiliyə uyğunluğunun yoxlanması;
  • Hazır biznesin satışı ilə bağlı hüquqi müşayiət;
  • Əqdlərin və müqavilələrin rəsmiləşdirilməsi və reallaşdırılması;
  • Biznesin qiymətləndirilməsi və bazarın tədqiqi;
  • Qeydiyyat prosedurlarının dəstəklənməsi;
  • Sövdələşmə sxemlərinin işlənib hazırlanması və danışıqlarda iştirak.

Biznesin Alışında Hüquqi Müşayiət

Biznesin alışı zamanı hərtərəfli hüquqi analiz tələb olunur. Təcrübəli hüquqşünaslarımız, alqı-satqı müqavilələrini müşayiət edərək şirkətin borclarını və öhdəliklərini yoxlayır və əqdlərin təhlükəsizliyini təmin edirlər. Əsas məqsəd – sahibkar dəyişikliyindən sonra da biznesin fasiləsiz fəaliyyətini təmin etməkdir.


Niyə Adel Consulting?

  • 700-dən çox biznes sahibinə birbaşa çıxış imkanları;
  • Cəlbedici biznes satışı təkliflər bazası;
  • Peşəkar hüquqi və iqtisadi təhlillər təklif edirik;
  • 30 ildən çox konsaltinq təcrübəsi;
  • Yüksək səviyyəli ekspert komandası ilə hüquqi dəstək.

Biznes alqı-satqısı ilə bağlı detallı məlumat və peşəkar hüquqi xidmətlər üçün Adel Consulting ilə əlaqə saxlayın.